AZ

Alimlər  yeni  "Yer" planeti kəşf etdi

Çin Elmlər Akademiyasının Yunnan Rəsədxanaları rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu, Günəşə bənzəyən bir ulduzun yaşamaq üçün əlverişli zonasında yeni bir  Yer planeti – Kepler-725c aşkar edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, planet transit zamanlama dəyişməsi (TTV) adlı yeni üsulla tapılıb.

Kepler-725c, Yerdən təxminən 40% daha çox enerji alır və orbitinin bir hissəsi "yaşayış zonası"nda yerləşir. Yerin kütləsindən 10 dəfə böyük olan bu planet, "super Yer" kateqoriyasına daxildir. Hazırda planetdə həyatın sübutu olmasa da, şərait yaşama üçün əlverişlidir.

Yeni üsulun istifadəsi ilə daha çox yaşama uyğun planetlərin kəşf ediləcəyi gözlənilir. Bu kəşf, kainatda həyatın olub-olmaması sualına cavab tapmağa bir addım daha yaxınlaşdırır.

Seçilən
3
manset.az

1Mənbələr