AZ

Cahangir Həsənzadə: “Qarabağ”ın hər iki əcnəbi qapıçısı oyunlarda özünü yaxşı tərəfdən göstərir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 6 avqust, AZƏRTAC

“Qarabağ”ın məşqçilər heyəti həm Fabiyan Buntiç, həm də Mateuş Koxalskini tonusda saxlamağı əsas tutur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran qapıçı, hazırda AFFA-nın texniki direktoru vəzifəsində çalışan Cahangir Həsənzadə “Qarabağ”ın qapıçıları Fabiyan Buntiçlə Mateuş Koxalskini müqayisə edərkən deyib.

O, Ağdam klubunun məşqçilər heyətinin hər iki qapıçıya tam şəkildə güvəndiyini bildirib: “Qarabağ”ı uzun marafon gözləyir. Bu səbəbdən heyətdə olan bütün qolkiperlərə ehtiyac var. Hətta Şahruddin Məhəmmədliyevin də çempionat oyunlarında qapıda duracağı istisna edilmir. Düşünürəm ki, bir yerdən sonra qapıçılar arasında seçim ediləcək. Çünki daimi rotasiya bəzən effektiv olmur. Amma hazırda dəyişikliyin edilməsi normaldır. Mənim üçün Buntiç və Koxalski arasında seçim etmək çətindir. Hər ikisi oyunlarda özlərini yaxşı tərəfdən göstərir. Məşqçilər heyəti bunu daha yaxşı bilər. Məhz texniki heyət məşqlər əsasında ilk “onbirliy”i müəyyənləşdirir. Sevindirici məqam odur ki, “Qarabağ” Çempionlar Liqasında keçirdiyi üç görüşdə qapısından top buraxmayıb. Bunun davamlı olmasını arzulayıram”.

Qeyd edək ki, Fabiyan Buntiç və Mateuş Koxalski “Qarabağ”a ötən ilin yayında keçiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
azertag.az

3Mənbələr