AZ

Rasim İldırımın məmur kimi təqdim etdiyi şəxs həbsdən buraxıldı

Eyni vaxtda iki müxtəlif dələduzluq əməlində ittiham edilən Qoşqar Məmmədov azadlığa buraxılıb.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, həm DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımla birgə, həm də başqa cinayət işi üzrə ayrıca mühakimə edilir.

R.İldırımla bağlı məhkəmələrə gələn zaman azadlıqda olan Q.Məmmədov digər şikayətçilərin müraciəti əsasında 4 ay əvvəl həbs olunmuşdu.

O, bir neçə gün əvvəl ikinci iş üzrə həbsdən azad edilib. Q.Məmmədov ev dustaqlığına buraxılıb.

Məhkəmə xeyli miqdarda dələduzluqda təqsirləndirilən müttəhimin ailə vəziyyəti ilə bağlı belə qərar çıxarıb.

Seçilən
13
3
publika.az

7Mənbələr