AZ

Naxçıvan şahmatçısı onlayn platformada qrossmeyster adına layiq görülüb

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Naxçıvan şahmatçısı Tural Zeynalov Beynəlxalq Şahmat Federasiyası – FIDE tərəfindən "Arena Grand Master" (AGM, Arena Qrossmeyster) tituluna layiq görülüb.

"Cebheinfo.az" xəbər verir ki, Həm FIDE hakimi, həm də şahmat müəllimi kimi fəaliyyət göstərən T.Zeynalovun yeni titulu muxtar respublikada ilk hesab olunur.

Naxçıvandan bir çox şahmatçı sözügedən platformadan istifadə edərək ACM, AFM, AİM adlarına layiq görülüb.

Qeyd edək ki, bu titullar federasiyanın rəsmi onlayn platforması olan "FIDE Online Arena"da (wordchess.com) göstərilən nəticələrə əsasən verilir və yalnız orada keçərlidir.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
3
cebheinfo.az

4Mənbələr