2025/2026-cı illər mövsümündə Premyer Liqada mübarizə aparacaq “Karvan” heyətini yeni futbolçu – Uğur Cahangirov ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.
Cahangirovla 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. 24 yaşlı hücumçu yeni klubuna azad agent kimi qoşulub.
Uğur Cahangirov son olaraq “Sumqayıt” klubunda forma geyinib. O, “Sumqayıt”a 2023-cü ildə “Şamaxı”dan keçmişdi. 23 yaşlı futbolçu sözügedən komandanın heyətində cəmi 8 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Karvan” daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant, Vüsal Məsimov, Moise Nqvisani və Şakil Snonu da heyətinə qatmışdı. Kamran İbrahimov, İbrahim Qədirzadə, Rəhman Şabanov və Ceyhun Bağırzadə ilə də yeni müqavilə imzalanıb. Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov, Roman Hüseynov və Kənan Quliyev isə komandanı tərk ediblər.