AZ

Yeni nəsil kassa aparatları üzrə dövriyyə 15 milyard manatı ötdü

BAKI, 6 avqust. TELEQRAF

Bu ilin yanvar – iyul aylarında yeni nəsil nəzarət kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 190 milyon 580,2 manat olub.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyardmanatdan, yaxud 11,5 faizdən çoxdur.

İndiyədək ölkə ərazisində 107.755 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Seçilən
52
8
teleqraf.com

10Mənbələr