AZ

Azərbaycanın sənaye zonalarında avtomobil istehsalı 80% artıb

Bakı. Trend:

2018-ci ildən 2025-ci ilin I yarısı da daxil olmaqlaİqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafıAgentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 518milyon manatlıq avtomobil istehsalı həyata keçirilib.

Bu barədə Trend İZİA-ya istinadən xəbər verir.

Məlumata görə, təkcə cari ilin 6 ayı ərzində Hacıqabul SənayeParkında 59 milyon manatlıq --1928 ədəd avtomobil, Neftçala SənayeMəhəlləsində isə 16,6 milyon manatlıq 1165 ədəd avtomobil istehsaledilib. Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədətəqribən 80% artıb.

"Sənaye zonalarında sözügedən dövrdə “Chevrolet”, “Isuzu”,“VGV”, “UAZ”, “Lada”, “Khazar”, “JAC”, “Bestune” və s. markalıavtomobillər istehsal edilib", - məlumatda qeyd edilib.

Seçilən
17
10
az.trend.az

10Mənbələr