Bakı. Trend:
Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərənsabit telefon telekommunikasiya operatorları tərəfindən təşkilolunan ölkədaxili telekommunikasiya kanallarına qoşulma və istifadəilə bağlı tariflər tənzimlənib.
Trend xəbərverir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev müvafiq qərar imzalayıb.
Sənədə əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsindəfəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorlarıtərəfindən təşkil olunan ölkədaxili telekommunikasiya kanallarınaqoşulma ilə bağlı tarif telekommunikasiya kanallarının tutumdanasılı olmayaraq ƏDV daxil olmaqla 50,0 manattəsdiq edilib.
Həmçinin, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyətgöstərən sabit telefon telekommunikasiya operatorları tərəfindəntəşkil olunan ölkədaxili telekommunikasiya kanallarından istifadəilə bağlı aylıq tariflər aşağıdakı kimi olacaq:
Sıra sayı | Telekommunikasiya kanalının tutumu | Tarif (manat) (ƏDV daxil olmaqla) |
I | II | III |
1. | 32 kb/s | 4,00 |
2. | 128 kb/s | 9,00 |
3. | 256 kb/s | 14,00 |
4. | 512 kb/s | 20,00 |
5. | 1 mb/s | 30,00 |
6. | 2 mb/s | 50,00 |
7. | 10 mb/s | 250,00 |
8. | 100 mb/s | 400,00 |
Məlumat üçün bildirək ki, qərar iyulun 28-də qəbul edilib,avqustun 5-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib,avqustun 6-da qüvvəyə minib.