AZ

Erməni hərbçilər qəzaya düşdü: ölən var

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ermənistanda hərbçilər yol qəzasına düşüb.

Axar.az erməni mediasına istinadən xəbər verir ki, yol qəzası günorta saatlarında Marqara-Vanadzor şossesində, Armavir vilayətinin Djrarat kəndi yaxınlığında baş verib.

“Nissan” və QAZ-24 avtomobillərinin toqquşması nəticəsində 1 erməni hərbçisi ölüb, daha 3 hərbçi və bir neçə mülki şəxs yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi açılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
77
9
axar.az

10Mənbələr