Beyləqanda torpaq üstə mübahisə edən qadın özünə xəsarət yetirib.
Bakues.az xəbər verir ki, hadisə rayonun Birinci Şahsevən kəndində baş verib.
Kənd sakini Telnarə Həsənova qardaşı arvadı ilə torpaq üstündə mübahisə edib. Mübahisə zamanı əsəbləşən T.Həsənova özünə bıçaqla xəsarət yetirib.
Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.