AZ

Təhlükəsiz virtual mühitlə bağlı ictimai müzakirələr aparılıb

Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində regionda ictimai dinləmə tədbirlərini davam etdirir.

Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı  ilə 2025-ci il  avqustun 6-da Quba rayonunda “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində ictimai dinləmə  tədbiri həyata keçirdi. Tədbirdə  hüquq mühafizə, prokurorluq, məhkəmə, probasiya xidməti, əmək müfətişliyi, Gənclər və idman regional idarəsi, Regional məşğulluq xidməti, Quba 1 saylı mediasiya mərkəzi,   təhsil, sahiyyə, sosial xidmətlər, mədəniyyət, bələdiyyə və  ictimaiyyətin digər  nümayəndləri iştirak etmişdir. Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri  məlumat verərək bildirmişdir ki, layihədə qaldırılan problemlər ümumilikdə bütün cəmiyyəti narahat edən və getdikcə nəzarətdən çıxan bir sıra münasibətləri əhatə edir. Əsasən insan alveri cinayəti, uşaq əməyinin istismarı, erkən nigahlar və qeyri ənənvi cinsi münasibətlərin sosial şəbəklərədə təşviqi ciddi narahatçılığa səbəb olduğu xüsusi vurğulanmışdır.  Mövzu ətrafında müzakirələr aparılmış, tövsiyə və təkliflər irəli sürülmüşdür. Tədbir iştirakçıların interaktiv fəallığı ilə baş tutumuşdur. Tədbirdə 27 nəfər iştirak etmişdir.

Təklif olaraq, sosial şəbəkələrə xüsusi filterlərin tətbiqi, sosial cəhətdən zəif olan ailə və fərdlərin daha çevik olaraq xidmətə cəlb edilməsi, təhsil ocaqlarında bu mövzuda maarifləndirmə tədbirlərinin çoxaldılması kimi təkliflər irəli sürüldü.

AzPost.az

Seçilən
3
20
azpost.info

10Mənbələr