AZ

Ermənistan millisinin baş məşqçisi istefa verib

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Con van't Sxipa futbol üzrə Ermənistan millisinin baş məşqçisi postundan istefa verib. Sport24.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının (FFA) mətbuat xidməti məlumat yayıb.

"FFA və milli komandanın baş məşqçisi Con van't Sxipa qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoymaq qərarına gəlib. FFA peşəkarlığa və fədakarlığa görə ona və köməkçilərinə təşəkkürünü bildirir. Qısamüddətli əməkdaşlığa baxmayaraq, ümid edirik ki, onun işi gələcək tərəqqi üçün zəmin yaradıb".

Qeyd edək ki, niderlandlı mütəxəssis bu ilin fevralından Ermənistan millisini çalışdırırdı. Onun varisi "Pünik"in baş məşqçisi Yeqişe Melikyandır. Onunla 2026-cı ilin noyabrına qədər müqavilə imzalanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
sport24.az

1Mənbələr