Bakı. Trend:
Azərbaycanda ilk dəfə olaraq orta çəkili yük avtomobilləri vəavtobuslar üçün əyləc bəndləri istehsal ediləcək.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında İqtisadiZonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Belə ki, İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Parkınınrezidenti “Brake Systems Azerbaijan” MMC tərəfindən 600 minmanatlıq məhsul satışı edilib. Müəssisədə hazırda Yaponiya vəCənubi Koreya istehsalı olan minik avtomobilləri üçün əyləcbəndlərinin hazırlanması həyata keçirilir.
Çinin qabaqcıl texnologiyaları ilə təchiz edilmiş müəssisədə 220çeşiddən artıq əyləc bəndi istehsal olunur.
Məlumata görə, müəssisədə hazırda ancaq minik avtomobilləri üçünəyləc bəndləri istehsal edilir, cari ildən etibarən isə orta çəkiliyük avtomobilləri və avtobuslar üçün də sözügedən məhsulunistehsalına başlanılması nəzərdə tutulur.
İnvestisiya kapitalı 1,9 milyon manat təşkil edən müəssisədə 15nəfər daimi işlə təmin edilib.
"Cənubi Qafqazda yeganə əyləc bəndi istehsal edilən müəssisədəxammal Çin və Özbəksitandan gətirilir. Yaxın vaxtlarda isə məhsulistehsalında yerli xammaldan istifadə edilməsi planlaşdırılır.
Hazırda əyləc bəndlərinin "Klass" brendi adı altında daxilibazara satışı həyata keçirilir, eyni zamanda İraq, Qazaxıstan və s.ölkələrə də ixracı istiqamətində danışıqlar aparılır", - məlumatdaqeyd edilib.