AZ

Sadəcə lent kəsmək üçün 200 min dollar qonorar...

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yeni bir iddia sosial mediada böyük səs-küy yaradıb

Türkiyəli məşhur aktyor Burak Özçivit haqqında yeni bir iddia sosial mediada böyük səs-küy yaradıb. 

Sherg.az xəbər verir ki, “Quruluş: Osman” serialından ayrıldıqdan sonra imicini dəyişən aktyora Qazaxıstanda təşkil olunan xüsusi mərasimdə sadəcə lent kəsmək üçün 200 min dollar (təxminən 8 milyon TL) ödəndiyi iddia olunur.

Aktyorun bir uşağın yerimə mərasiminə qatılaraq qısa çıxış etdiyi görüntülər sosial şəbəkələrdə geniş yayılıb. İddialara görə, Özçivit bu tədbirə dəvət olunub və yüksək məbləğdə qonorar alıb.

Qısa zamanda sosial medianın ən çox müzakirə olunan şəxslərindən birinə çevrilən Burak Özçivit, tənqidlərin də hədəfi olub. Qeyd edək ki, aktyor ötən aylarda 35 milyon lirəlik Porsche avtomobili ilə də gündəmə gəlmişdi.

Turan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
sherg.az

2Mənbələr