AZ

ABŞ Suriyada üç hərbi bazanı bağladı və kürdlərə təhvil verdi

ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ Müdafiə Nazirliyi Suriyanın şimal-şərqində yerləşən üç hərbi bazanın bağlandığını və onların Kürd "Suriya Demokratik Qüvvələri"nin (SDQ) nəzarətinə verildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu addım ABŞ-ın bölgədəki hərbi kontingentinin azaldılması planı çərçivəsində atılıb.

Pentaqonun hesabatına görə, May ayında ABŞ və İŞİD-ə qarşı beynəlxalq koalisiyaya üzv ölkələrin hərbçiləri Mission Support Site Green Village, H2 və Mission Support Site Euphrates adlı bazaları tərk ediblər.

Bağlanan bazalardakı əsgərlərin bir qismi Suriyadakı və İraqdakı digər obyektlərə yerləşdirilib, digərləri isə ölkələrinə geri dönüb. Onların dəqiq sayı açıqlanmayıb.

Məlumata əsasən, ümumilikdə 500-ə yaxın hərbçi bölgədən çıxarılıb, hazırda isə Suriyada təxminən 1 400 ABŞ hərbçisi qalır.

ABŞ-ın bu addımı 2024-cü ilin dekabrında Bashar Əsəd rejiminin devrilməsindən sonra Suriyada yaranan keçid dövründə həyata keçirilib. Vaşinqton, ölkədəki yeni hökumətə münasibətdə hələlik ehtiyatlı mövqe tutur. /musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
icma.az

2Mənbələr