AZ

İtaliya klubları oyunçularının maaşlarını azaldacaqlar

Yeni mövsümdən etibarən, İtaliya B Seriyasına yuvarlanmış klublar oyunçularının maaşlarını 25% həcmində azalda biləcəklər.

Arena.az “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumat verir ki, yeni mövsümdən qüvvəyə minəcək qayda İtaliya A Seriyası ilə İtaliya Futbolçular Assosiasiyası (AIC) arasında əldə edilmiş yeni beşillik razılaşmaya əsaslanır.

Yeni qayda, 2025-ci ilin sentyabr ayından imzalanacaq müqavilələrə şamil ediləcək. Futbolçunun əməkhaqqının ixtisarı klubunun aşağı dəstəyə yuvarlanması ilə fəallaşacaq və futbolçunun səviyyəcə yüksəlişinə qədər qüvvədə olacaq. Futbolçu səviyyəcə yüksəlincə isə maaşı əvvəlki həcminə bərpa ediləcək.

Ancaq müvafiq qaydaya rəğmən, klub və futbolçu müvafiq şərti öncədən razılaşdıra bilərlər ki, bu da futbolçunun əməkhaqqının ixtisarını önləyə bilər.

Seçilən
117
arena.az

1Mənbələr