AZ

Dənizə atılarkən boynu sındı, 18 gün sonra vəfat etdi

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

 Muğlanın Bodrum rayonunda peşəkar dalğıc və könüllü yanğınsöndürən Naim Sıdra dənizə atılarkən boynu sınıb. Hadisə zamanı suyun dayaz olması səbəbindən başı dibə dəyən Sıdra 18 günlük müalicədən sonra həyatını itirib.

Sherg.az xəbər verir ki, hadisə 17 iyulda Gündoğan məhəlləsində baş verib. Yaralı Sıdra ilkin olaraq Bodrumdakı özəl xəstəxanaya, daha sonra isə İzmirə aparılıb. Həkimlər boyun nahiyəsində ciddi sınıq müəyyən ediblər.

Ağır vəziyyətdə xəstəxanada müalicə alan Naim Sıdra 18 gün sonra dünyasını dəyişib. O, doğulduğu Aydın vilayətinin Yenipazar rayonunda dəfn olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
144
50
sherg.az

10Mənbələr