Bu ilin yanvar-iyun ayları ərzində bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar 131 işə baxılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, baxılan müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək artım qeydə alınıb.
Bazar iqtisadiyyatının dayanıqlı inkişafı üçün ədalətli rəqabət mühitinin formalaşması əsas şərtlərdəndir. Bu mühitin qorunması isə sahibkarlıq subyektlərinin öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə əməl etməsi və nəzarət mexanizmlərinin səmərəliliyi ilə mümkün olur.