AZ

Ermənistanda qəza: bir hərbçi ölüb, üçü yaralanıb – FOTO

Ermənistanın Margara-Vanadzor (Böyük Qarakilsə) magistralında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir erməni hərbçi həlak olub, daha üç hərbçi və üç mülki şəxs yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
 

Qəza bu gün günorta saatlarında Armavir (Sərdarabad) vilayətinin Cırarat kəndi yaxınlığında baş verib. “Nissan” və “QAZ-24” markalı avtomobillər toqquşub. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri – hərbçi həyatını itirib.


Faktla bağlı cinayət işi açılıb. Ermənistan Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı şərh verməyib.



Bizim.Media

Seçilən
14
bizim.media

1Mənbələr