AZ

Qatarlar gecikə bilər - XƏBƏRDARLIQ

Bakı-Keşlə sahəsində təmir işləri ilə bağlı qatarların hərəkətində gecikmələr ola bilər.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilir ki, Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-dən etibarən Abşeron dairəvi dəmir yolu xətti və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr müşahidə oluna bilər.

"Yarana biləcək müvəqqəti narahatlığa görə sərnişinlərdən anlayışlı olmaları xahiş olunur",- məlumatda qeyd olunub.

Seçilən
87
26
bakivaxti.az

10Mənbələr