AZ

Elmar Baxşıyev “Araz-Naxçıvan”ın sabahkı oyunundan danışdı

Matça hazırlığımız qaydasında gedir. Meydanda ən yaxşısını etməyə çalışacağıq.

Bizim.Media xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda Kiprin “Omoniya” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis sabah tanış rəqiblə qarşılaşacaqlarını bildirib: “Omoniya”nı təhlil etmişik.
 

Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin yox, öz komandamın meydanda nə edəcəyini düşünürəm. Düzdür, “Omoniya” yaxşı təşkilatlanmış komandadır.


Amma I mərhələdəki oyunlarımızdan sonra Kipr klubunun da bizə hörmət etdiyini düşünürəm”.
 

O, oyun üslubunu dəyişmək fikrində olmadığını vurğulayıb: “Öz düşüncülərimiz var ki, sabah meydanda onları həyata keçirməyə çalışacağıq. Addım-addım irəliləmək istəyirik. Hazırda yalnız sabahkı oyunu düşünürük”.


E.Baxşıyev azarkeşlərdən dəstək gözlədiyini söyləyib: “Komandaya inansınlar, biz də onları sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, avqustun 7-də “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 14-də Nikosiyada olacaq.

Bizim.Media

Seçilən
24
4
bizim.media

7Mənbələr