İsrail Nazirlər Kabineti Qəzzada növbəti hərbi əməliyyatları müzakirə edəcək.
APA-nın “Ynet” portalına istinadən məlumatına görə, plan təsdiq olunacağı təqdirdə, yeni mərhələnin 4-5 ay davam edəcəyi açıqlanıb.
Bildirilib ki, bunda əsas məqsəd Qəzza bölgəsi və xüsusilə onun mərkəzindəki yaşayış məntəqələrinə nəzarətin bərpası, eləcə də dinc əhalinin cənuba istiqamətlənməsinə nail olmaqdan ibarətdir.