AZ

İran və Azərbaycan sərhəddə birgə layihələrin icrasını tezləşdirəcək

BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində Türkmənistanın Avaza şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında keçirilən görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq, xüsusilə də birgə sərhəd layihələrinin icrası müzakirə olunub.

Bu barədə Publika.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı hər iki tərəf Astara dəmiryolu yük terminalı və tikilməkdə olan sərhəd körpüləri də daxil olmaqla, mövcud layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Prezidentlər İlham Əliyevlə Məsud Pezeşkian arasında sıx təmasların iki ölkə arasında münasibətlərin dərinləşməsində xüsusi rol oynadığı qeyd edilib.

Seçilən
10
20
publika.az

10Mənbələr