Vaşinqton və Moskva arasında təmaslar davam etdirilir, yeni sanksiyalar gözlənilir...
Poliqon xəbər verir ki, Rusiyanın nümayəndə heyətinin ABŞ Dövlət katibinin müavini Ceyms Uitkoff ilə görüşü “uğurlu” keçib. Bu barədə Ağ Ev rəsmiləri məlumat yayıb. Görüş iki ölkə arasında gərgin münasibətlər fonunda baş tutsa da, Vaşinqton tərəfi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
Ağ Ev sözçüsünün sözlərinə görə, Rusiya Birləşmiş Ştatlarla əlaqələri qorumaqda maraqlıdır və bu cür görüşlər ikitərəfli məsələlərin, o cümlədən regional və qlobal təhlükəsizlik problemlərinin müzakirəsi baxımından önəm daşıyır.
Eyni zamanda, ABŞ administrasiyası Rusiyaya qarşı yeni “ikinci dərəcəli” sanksiyaların tətbiqini planlaşdırır. Məlumata əsasən, bu sanksiyalar əsasən Rusiya ilə əməkdaşlıq edən xarici şirkət və qurumlara yönələcək və onların Moskva ilə ticarət əlaqələrini məhdudlaşdırmağı hədəfləyəcək. Yeni paket üzrə qərarın bu həftənin cümə günü açıqlanacağı gözlənilir.
Ekspertlər hesab edir ki, bu sanksiyalar Rusiyanın müdafiə və texnoloji sektorlarına təsir edə bilər, eyni zamanda Çindən və Yaxın Şərqdən olan bəzi şirkətlər də hədəf alınacaq.
Poliqon.info