Bakı. Trend:
Çində “Beijing E-Town Robotics Technology Industrial DevelopmentCo.” şirkəti yerli hökumətin dəstəyi ilə avqustun 8-də Pekindəinsanabənzər robotlərin satışı və texniki qulluğu üzrə universalmərkəzi açılacaq.
Trend xəbər verirki, bu barədə Pekin iqtisadi-texniki zonasının robotexnika vəintellektual istehsalat üzrə idarə rəhbərinin müavini Ma Ninaçıqlayıb.
Onun sözlərinə görə, obyekt 4S-mağazadır – burada satış (Sale),ehtiyat hissələrinin tədarükü (Spare part), satışdan sonrakı xidmət(Service) və bazarın araşdırılması (Survey) həyata keçiriləcək.
Bundan əlavə, burada kafe və bar-restoran da mövcuddur vəsəhnədəki musiqiçilər, eləcə də xidmət personalı robotlardanibarətdir.
“Rəsmi açılış avqustun 8-də baş tutacaq və Ümumdünya RobotTexnologiyaları Konfransının başlanğıcına həsr olunacaq”, – Ma Ninbildirib.
Qeyd edilir ki, dünyada hələ analoqu olmayan bu intellektualrobotlar mağazası 4 min kvadratmetr sahəni əhatə edir və şəhərincənubunda yerləşən dörd mərtəbəli Robot Mall binasında fəaliyyətgöstərir. Burada ağıllı texnikanı həm onlayn sifariş edərək əldəetmək, həm də icarəyə götürmək mümkün olacaq.