AZ

Ukraynalı partizan Rusiyada 18 milyon dollarlıq helikopteri partlatdı

BAKI, 6 avqust. TELEQRAF

Rusiyanın Tver vilayətindəki hərbi bazasında Mi-28 hücum helikopteri partladılıb.

Teleqraf "Unian.net"ə istinadən xəbər verir ki, partlayışın məsuliyyətini "Ukrayna Xalq Müqaviməti" partizan hərəkatı öz üzərinə götürüb.

Bildirilir ki, partlayıcı qurğular helikopterə ukraynalı partizan tərəfindən yerləşdirilib .

Qeyd olunur ki, partizan Torjok şəhəri yaxınlığında yerləşən aviasiyanın ərazisinə daxil olub. O, uçuş-enmə zolağına yaxın açıq ərazidə dayanan Mi-28-in altına iki partlayıcı qurğu yerləşdirib.

Seçilən
34
2
teleqraf.com

3Mənbələr