Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi futbolçu Abdullahi Şuaybunu heyətinə qatıb. 23 yaşlı hücumçu ilə iki illik (1+1) müqavilə imzalanıb.
Onun son klubu "Qəbələ" olub.
Qeyd edək ki, "Şamaxı" bunadək Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılov ("Neftçi"), Diogo Balau (Son klubu “Uniao Santarem”, Portuqaliya), Karim Rossi (son klubu “Şaffhauzen”, İsveçrə), Cezar Henrique (son klubu “Caxias”, Braziliya), David Thomaz Dos Santos Oliveira (son klubu “Covilha”, Portuqaliya), Rikardo Apolinario (“Uniao Santarem”, Portuqaliya), Bilal İsmayılov (son klubu "Cəbrayıl"), Ravil Qafarovu ("Sabah") transfer edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.