AZ

Lənkəranda ikimərtəbəli ev YANDI

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Lənkəranda ikimərtəbəli yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

"Unikal" xəbər verir ki, hadisə Lənkəran rayonunun Boladi kəndi ərazisində qeydə alınıb. Kənd sakini 1966-cı il təvəllüdlü Vasif İsa oğlu Məlikova məxsus ikimərtəbəli evdə yanğın olması ilə bağlı məlumat daxil olub. Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. 

Buna baxmayaraq ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Qeyd edək ki, təhlükəsizliklə bağlı hazırda Boladi və Zövlə kəndlərində elektrik enerjisinin verilişi dayanıb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Xəlil Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
1
unikal.az

2Mənbələr