“Everton” İngiltərə millisinin üzvü Cek Qrilişin transferi ilə bağlı “Mançester Siti” ilə görüşmələrə start verib.
İdmanxeber.az-ın məlumatına görə, Mersisayd klubu 29 yaşlı futbolçunun keçidi üçün 30 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Qrilişin “Mançester Siti” ilə mövcud müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.
Fərid Nəsibov