AZ

“Rusiya indi atəşkəsə daha çox meyllidir” Zelenski

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə telefon danışığından sonra Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, onun fikrincə, Rusiya indi atəşkəsə daha çox meyllidir.

Yeniavaz.com xəbər verir ki, bu barədə o, axşam çıxışında danışıb.

“Biz Moskvada Putinlə Uitkoffun görüşündə deyilənləri müzakirə etdik. Belə görünür ki, Rusiya indi atəşkəsə daha çox meyllidir, onlara təzyiqlər işləyir. Amma əsas odur ki, nə bizi, nə də ABŞ-ni təfərrüatı ilə aldatmasınlar”, - Zelenski bildirib.

Qeyd edək ki, avqustun 6-da Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Moskvaya səfər edib. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Rusiya prezidenti və Donald Trampın xüsusi nümayəndəsi görüşdən sonra heç bir açıqlama verməyib.

Donald Tramp Uitkoff və Putin arasında aparılan danışıqları çox məhsuldar adlandırıb. Onun sözlərinə görə, əhəmiyyətli irəliləyiş əldə edilib. O, başqa təfərrüatları açıqlamayıb. “The New York Times” Ağ Ev sözçüsünə istinadən yazıb ki, Tramp avqustun 8-də Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaları elan etməyi planlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
98
50
yeniavaz.com

10Mənbələr