AZ

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqiblərinin oyununda heç-heçə

BAKI. 6 avqust. TELEQRAF

Bolqarıstanın "Lüdoqorets" və Macarıstanın "Ferentsvaroş" komandaları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gəliblər.

Teleqraf xəbər verir ki, Razqrad şəhərindəki "Ludogorets Arena"da təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0.

Cavab görüşü avqustun 12-də Budapeştdəki "Ferentsvaroş" stadionunda olacaq.

Qeyd edək ki, "Qarabağ" Albaniya "Şkendiya"sını üstələyəcəyi təqdirdə, bu cütün qalibi ilə Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək. Cütlərin məğlubları isə Avropa Liqasının pley-off mərhələsində görüşəcək.

Seçilən
62
1
teleqraf.com

10Mənbələr