AZ

“Sumqayıt”dan ayrılan futbolçu “Karvan”a keçdi

Premyer Liqaya yüksələn "Karvan" heyətini yeni futbolçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, Yevlax təmsilçisi Uğur Cahangirovla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı hücumçu ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Uğur Cahangirov son olaraq “Sumqayıt” klubunda forma geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
47
36
bizim.media

10Mənbələr