Rusiya Dnepropetrovsk vilayətində Nikopola zərbələr endiriblər.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.
"Bu axşam Nikopolda artilleriya atəşi nəticəsində biri xilasedici də daxil olmaqla, 3 nəfər həlak olub. Daha 4 nəfər yaralanıb”, - məlumatda bildirilib.
Rusiyanın hücumu nəticəsində Dövlət Fövqəladə Hallar Xidmətinin xidməti maşını birbaşa vurulub.