AZ

Çempionlar Liqası: "Fənərbağça"dan məğlubiyyət, "Kayrat"dan sensasiya

BAKI. 7 avqust. TELEQRAF

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Teleqraf-ın məlumatına görə, Türkiyənin "Fənərbağça" komandası Niderlandda "Feyenoord"un qonağı olub.

"De Kuip" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Yerli komandadan ilk qolu 19-cu dəqiqədə Kvinter Timber vurub. 86-cı dəqiqədə Sofyan Amrabat hesabı bərabərləşdirsə də, 90+1-ci dəqiqədə Anis Hac Mussa yekun nəticəni müəyyənləşdirib.

Günün sensasiyasına Qazaxıstan "Kayrat"ı imza atıb. Almatı təmsilçisi bu dəfə evdə Slovakiyanın "Slovan Bratislava" klubunu yenməyi bacarıb - 1:0.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
6 avqust

19:00. "Kayrat" (Qazaxıstan) - "Slovan Bratislava" (Slovakiya) - 1:0

21:00."Zaltsburq" (Avstriya) - "Brügge" (Belçika) - 0:1

21:30. "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) - 0:0

22:30."Lex Poznan" (Polşa) - "Srvena Zvezda" (Serbiya) - 1:3

23:00. "Feyenoord" (Niderland) - "Fənərbaxça" (Türkiyə) - 2:1

23:00."Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya) - 0:2

6 avqust

"Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka) - 0:0

"Dinamo Kiyev" (Ukrayna) – "Pafos" (Kipr) - 0:1

"Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" (Azərbaycan) - 0:1

"Reyncers" (Şotlandiya) – "Viktoriya Plzen" (Çexiya) - 3:0

Qeyd edək ki, bütün cavab görüşləri avqustun 12-də keçiriləcək.

Seçilən
28
50
teleqraf.com

10Mənbələr