AZ

"Qarabağ"ın potensial rəqibləri ilk qarşılaşmada heç-heçə edib

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibləri olan “Ludoqorets” (Bolqarıstan) və “Ferentsvaroş” (Macarıstan) komandaları arasında ilk oyun baş tutub.

90deqiqe.Az-ın məlumatına görə,  Razqrad şəhərində keçirilən görüş qolsuz bərabərliklə yekunlaşıb – 0:0. Beləliklə, hər şey cavab oyununda müəyyənləşəcək.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkendiya” üzərində üstünlük qazanacağı təqdirdə, bu cütün qalibi ilə pley-offda qarşılaşacaq. Əgər Ağdam klubu Çempionlar Liqasında yoluna davam edə bilməsə, Avropa Liqasına keçəcək və həmin cütün məğlub komandası ilə üz-üzə gələcək.

Seçilən
30
90deqiqe.az

1Mənbələr