AZ

Bu klub dağıldı: 5 il əvvəl A seriyasında idilər

SPAL klubu mövcud olmağı dayandırır.

Publika.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 2020-ci ilin yayına qədər A seriyasında çıxış edən klub müflis elan edilib. Brend və adın özü hərraca çıxarılacaq.

Məhkəmə komandanın oyunçulara, işçilərə və tərəfdaşlara olan borclarını hesablamaq üçün menecer təyin edib. Borcun ümumi məbləğinin 10 milyon avronu keçəcəyi təxmin edilir.

Bundan sonra SPAL-ın (Societa Polisportiva Ars et Labor) bazasında yaradılan “Ars et Labor” klubu İtaliyanın beşinci liqasında qeydiyyatdan keçib.

Seçilən
117
10
publika.az

10Mənbələr