“Apple” ABŞ iqtisadiyyatına daha əvvəl elan etdiyi 500 milyard dollardan əlavə daha 100 milyard dollar sərmayə qoyacaq...
Poliqon xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. Onun çıxışının səsyazısı Ağ Evin YouTube kanalında dərc olunub.
“Növbəti dörd il ərzində Apple” ABŞ-a 600 milyard dollar sərmayə qoyacağını elan edir”, ABŞ prezidenti bildirib.
O əlavə edib ki, bu, Apple-ın Amerikada və ya başqa bir yerdə indiyə qədər etdiyi ən böyük investisiyadır.
Bundan bir qədər əvvəl Ağ Ev təsdiqləmişdi ki, Tramp “Birinci Amerika” iqtisadi strategiyasının bir hissəsi olaraq Apple üçün yeni investisiya planlarını açıqlayacaq.
Poliqon.info