AZ

Tramp: Əgər İran nüvə potensialını bərpa etməyə çalışsa, ABŞ qayıdacaq

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp deyib ki, Tehran nüvə potensialını bərpa etməyə çalışarsa, ABŞ İranı yenidən vura bilər.

Bizimyol.info xəbər verir ki, o, bu barədə avqustun 6-da Ağ Evdə jurnalistlərə bildirib.

“Yaxşı, biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaqla Yaxın Şərqdə müharibələri dayandırdıq. Onlar hər şeyə yenidən başlayacaqlarını söyləyə bilərlər, lakin bu, onlar üçün çox təhlükəli addım olardı, çünki biz geri dönəcəyik”, - deyib.

"Onlar başlayan kimi biz geri qayıdacağıq. Məncə, onlar bunu başa düşürlər", - deyə Tramp yekunlaşdırıb.

İyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib.

ABŞ münaqişənin gərginləşməsindən doqquz gün sonra İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib. İyunun 23-ü axşam saatlarında İran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl-Udeyd aviabazasına hücum edib. Bundan sonra ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-dən qüvvəyə minib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
3
bizimyol.info

4Mənbələr