AZ

Çində turizm obyektində qəza 5 nəfər öldü VİDEO

ain.az, Gununsesi saytına istinadən bildirir.

Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Vilayətində turizm obyektində baş vermiş qəza nəticəsində 5 nəfər ölüb, 24 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, çərşənbə günü Pekin vaxtı ilə saat 18:18-də (Bakı vaxtı ilə 14:18) Monqolkure qraflığında (Çjaosu) baş verən qəzaya kabellərdən birinin qırılması səbəb olub. Nəticədə asma körpü əyilib, üzərindəki insanlar yıxılıb.

Zərərçəkənlərin hamısı xəstəxanaya çatdırılıb, onların həyatları üçün təhlükə yoxdur. Qəzanın baş verdiyi turizm zonasının işi müvəqqəti olaraq dayandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
icma.az

2Mənbələr