AZ

"Fənərbağça" Çempionlar Liqasına məğlubiyyətlə başladı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk matçlara yekun vurulub.

"Unikal" xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma təşkil olunub.

Türkiyə təmsilçisi “Fənərbağça” Niderlandda “Feyenoord”un qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri olan "Ludoqorets” (Bolqarıstan) və “Ferensvaroş” (Macarıstan) komandalarının ilk duelində isə qapılara qol vurulmayıb.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

6 avqust

19:00. “Kayrat” (Qazaxıstan) - “Slovan” (Slovakiya) - 1:0

21:00. “Zalsburq” (Avstriya) - “Brügge” (Belçika) - 0:1

21:30. “Ludoqorets” (Bolqarıstan) - “Ferensvaroş” (Macarıstan) - 0:0

22:30. “Lex” (Polşa) - “Srvena Zvezda” (Serbiya) - 1:3

23:00. “Feyenoord” (Niderland) - “Fənərbağça” (Türkiyə) - 2:1

23:00. “Nitsa” (Fransa) - “Benfika” (Portuqaliya) - 0:2

Qeyd edək ki, III raundun cavab matçları avqustun 12-də keçiriləcək.

Seçilən
37
1
unikal.az

10Mənbələr