AZ

İnter Mayami Liqa Kubokunun pley off mərhələsinə yüksəlib

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avqustun 6-dan 7-nə keçən gecə Şimali Amerika Liqa Kubokunun 3-cü mərhələsinin oyunu başa çatıb.

İdman.biz xəbər verir ki, "İnter Mayami" Meksikanın "UNAM Pumas" komandası ilə qarşılaşıb.

Oyun birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı meksikalılar açsalar da, sonradan "İnter Mayami" ardıcıl 3 qol vuraraq geridönüş edib.

Bundan əvvəlki qarşılaşmada zədələnən Lionel Messi son matçda oyuna çıxmayıb.

MLS. Liqa Kuboku

Üçüncü mərhələ

7 avqust, saat 03:30

İnter Mayami (ABŞ) - UNAM Pumas (Mexiko, Meksika) - 3:1

Qollar: Rodriqo De Paul, 45, Luis Suares 59, Tadeo Allende, 69 - Xorxe Ruvalkaba 34

Qeyd edək ki, "İnter Mayami" Şimali Amerika Liqa Kubokunun pley-off mərhələsinə yüksəlib. Xavyer Maskeranonun komandası 1/4 finalında çıxış edəcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
2
icma.az

3Mənbələr