AZ

ABŞ Dövlət Departamenti Rusiyanın Azərbaycan qazının Ukraynaya nəqlini təmin edən infrastruktura hücumuna münasibət bildirib

BAKI, TurkicWorld

Rusiyanın mülki infrastruktur və yaşayış məntəqələrinə zərbələri yolverilməzdir.

Bunu ABŞ Dövlət Departamenti TurkicWorld-in Rusiyanın Azərbaycan qazının Ukraynaya nəqlini təmin edən obyektə hücumu ilə bağlı sorğusuna cavab olaraq bildirib.

"Rusiya bu cür hərəkətlərə dərhal son qoymalıdır. Məhz bu müharibənin insanlar üçün dağıdıcı fəsadları Prezident Trampın sülhə nail olmağa can atmasının əsas səbəbidir. Ölüm və dağıntılara son qoyulmalıdır", – deyə departamentin nümayəndəsi bildirib.

Seçilən
43
9
turkic.world

9Mənbələr