AZ

Qatarların hərəkətində yarım saatadək gecikmələr olacaq - ADY

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 avqust 2025-ci il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr olacaq.

Azərbaycan Dəmir Yolları QSC-dən Axar.az-a verilən məlumata görə, qatarların hərəkət qrafikində 10-30 dəqiqə intervalında gecikmə ola bilər.

"ADY sərnişinlərdən yarana biləcək müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edir", - məlumatda qeyd olunur.

Təmir işlərinin nə vaxta qədər davam edəcəyi sualına cavab olaraq bildirilib ki, bu barədə gün ərzində məlumat veriləcək.

Seçilən
49
17
axar.az

10Mənbələr