AZ

Yassin Benzianın yeni klubu bilindi

Mövsümün sonunda "Qarabağ"dan ayrılan Yassin Benzianın yeni klubu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, əlcəzairli futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 

30 yaşlı yarımmüdafiəçi "Əl-Feyha"ya keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Benzia ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Əlcəzair millisinin də üzvü olan Yassin Benzia 2023-cü ilin əvvəlindən Ağdam kubunda çıxış edirdi. O, "köhlən atlar"ın heyətində 104 oyuna 28 qol vurub.

Seçilən
24
fanat.az

1Mənbələr