Yay fasiləsində “Qarabağ”dan ayrılan Yassin Benzianın yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, əlcəzairli yarımmüdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Feyha” klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.