AZ

“Azeri Light” neftinin qiyməti 69,42 dollaradək yüksəlib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,28 ABŞ dolları və ya 0,4% artaraq 69,42 ABŞ dollarına çatıb.

Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin oktyabr fyuçersləri 69,48 ABŞ dolları səviyyəsində qeydə alınıb.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti 0,28 ABŞ dolları və ya 0,41% artaraq 67,88 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

 “Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda – 149,66 ABŞ dolları olub.

Azərbaycan nefti əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil olunur. Layihədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 31,65% paya malikdir.

Gülnar 

Seçilən
76
11
anews.az

10Mənbələr