AZ

İngiltərə Premyer Liqasını Azərbaycanda bu kanal yayımlayacaq

İngiltərə Premyer Liqasında yeni mövsümün matçları Azərbaycanda da yayımlanacaq.

Sportinfo.az xəbər verir ki, bu il çempionatın yayım hüquqlarını “İdman TV” alıb.

Bu barədə telekanalın mətbuat xidməti məlumat yayıb.

Çempionat gələn həftədən start götürəcək və bütün oyunlar tam şəkildə “İdman TV” vasitəsilə canlı yayımlanacaq.

Ötən mövsüm İngiltərə Premyer Liqasının oyunlarını “İctimai TV” yayımlayıb.

Seçilən
64
49
sportinfo.az

10Mənbələr