Azərbaycanda avqustun 7-si saat 9:00-a olan məlumata əsasən isti hava şəraiti davam edib.
Bu barədə "Cebheinfo.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-33, Aran rayonlarında, eyni zamanda Naxçıvan Muxtar Respublikasında 37-41 dərəcə isti qeydə alınıb.
"Cebheinfo.az"