Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 7-si saat 9:00-a olan olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində isti hava şəraiti davam edib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-33, Aran rayonlarında, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında 37-41 dərəcə isti qeydə alınıb.