Ukrayna ordusuna məxsus kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) bu gecə Rusiya ərazisinə hücum həyata keçirib.
Referans xəbər verir ki, Rusiya telegram kanallarının məlumatına görə, hücumun əsas hədəfi Krasnodar vilayətində yerləşən Afipski Neft Emalı Zavodu (NEZ) və Kuban bölgəsindəki hərbi hissə olub.
Bildirilir ki, bir neçə partlayış səsləri eşidilib və nəticədə obyektlərdə yanğın baş verib.
Sosial şəbəkələrdə yayılan kadrlarda zavodun ərazisindən qalxan alov və tüstü buludları əks olunur.
Ukrayna tərəfi hücumla bağlı rəsmi açıqlama verməyib, lakin bu, son aylar ərzində Rusiyanın enerji və hərbi infrastrukturuna yönəlmiş növbəti PUA zərbəsi kimi qiymətləndirilir(Musavat.com)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta